“Borussiya”nın “Dortmund) hücumçusu Sebastyan Aller etiraf edib ki, ötən mövsümün sonunda “Maynts”la son matçda (2:2) çempionluğun əldən verilməsi, ona xərçəng diaqnozunun qoyulmasından daha pis təsir edib.
“Həqiqətən də belədir. Çempionluğu itirmək mənə xərçəng diaqnozundan daha çox əziyyət verdi. Xəstə olanda heç nə edə bilməzsən. Bunu qəbul edib, öhdəsindən gəlmək lazımdır. Amma titul əlimizdə idi, hər şeyə təsir edə bilirdik. Bu vəziyyətdə, səhv etdiyinizi və ya səhv qərarlar verdiyinizi acı bir şəkildə etiraf etməli olacaqsınız
Daha yaxşı nə edə biləcəyinizi düşünürsünüz. Amma mən də öyrəndim, xüsusən də xəstəlik zamanı, mənfi şeylərin mənə bu qədər təsir etməsinə imkan verməməyi”, – Allerin sözlərini “Bild” sitat gətirib.
Sebastyan cari mövsümdə 5 Bundesliqa matçında iştirak edib və qol vurmayıb. O, Almaniya kubokunda bir oyun keçirib və dubla imza atıb.(Publika.az)