Alen Simonyan: “İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”

 

“İrəvan Bakı ilə sülh müqaviləsi imzalamağa hazırdır”.

“Caliber” teleqram kanalının məlumatına görə, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşdə sülh sazişinin imzalanması mümkündür:
“İrəvan bu məsələdə irəliyə doğru addım atılmasını çox istərdi”.

“Biz bu tarixi şansdan istifadə etmək istəyirik. Əbədi müharibə heç kimə lazım deyil. Biz buna hazırıq", - Alen Simonyan İctimai Televiziyada deyib.

0.30109810829163