Türkiyə Futbol Federasiyası “Fiorentina”nın və “Adana Dəmirspor”un sabiq çalışdırıcısı Vinçenzo Montellanı Türkiyə millisinin yeni baş məşqçisi təyin edib.
Bundan öncə Stefan Kunz yığmanın sükanı arxasından qovulub. Onun rəhbərliyi altında keçirdiyi son iki matçda komanda Ermənistanla heç-heçə edib (1:1), Yaponiyaya uduzub (2:4).
Montellanın son iş yeri 2023-cü ilin iyununda qovulduğu Türkiyə Superliqa klubu “Adana Dəmirspor” olub.
Qeyd edək ki, hazırda seçmə komanda 2024-cü il Avropa çempionatının seçmə mərhələsində D qrupunda ikinci yeri tutur.(oxu.az)