“Neftçi” hücum xəttini yeni futbolçu ilə gücləndirib.
“Ölkə.az” xəbər verir ki, paytaxt təmsilçisi argentinalı hücumçu Lukas Melanonu transfer edib.
Argentinalı futbolçu ilə anlaşmanın müddəti 1+1 ildir. 30 yaşlı forvard komandanın heyətində 16 nömrəli formanı geyinəcək.
30 yaşlı forvardla imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə anlaşıb.