Ermənistanın dövlət borcu 11 milyard dolları ötüb

 

2023-cü ilin iyul ayının sonuna Ermənistanın dövlət borcu təxminən 11 milyard 352 milyon dollar təşkil edib.

"Ölkə.az" xəbər verir ki, ilin əvvəli ilə müqayisədə borcun məbləği 714 milyon dollar və ya 6,7% artıb.

Bildirilir ki, daxili dövlət borcu xarici borcdan daha sürətlə artır.

Ermənistanın xarici dövlət borcu iyulun sonunda 6 milyard 663 milyon dollar təşkil edib. Bu o deməkdir ki, yeddi ay ərzində bu rəqəm 218 milyon dollar və ya 3,4% artıb.
Xarici borcun əsas hissəsini beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən verilən kreditlər təşkil edir.

Qeyd olunur ki, sosial-iqtisadi proqramları həyata keçirmək üçün Ermənistan yeni kreditlər götürməkdə davam edir. Bu ilin aprelində hökumət Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) ilə ümumi məbləği 92 milyon avro olan yeni kredit sazişi - “Yaşıl, davamlı və inklüziv inkişaf siyasəti krediti” imzalayıb.

Bu dövrdə daxili borc daha da sürətlə artıb. Cari ilin yeddi ayında daxili borc 496 milyon dollar və ya 11,8% artaraq 4 milyard 688 milyon dollar təşkil edib.(oxu.az)

0.38691592216492