Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində azı bir nəfər ölüb, 14 nəfər yaralanıb.
“Ölkə.az” xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.
“Belqorod güclü atəşə məruz qalıb – azı bir nəfər həlak olub, 14 nəfər yaralanıb. Bir neçə avtomobil yanıb”, – məlumatda nəql edilib.
Qeyd olunub ki, mərmilərdən biri bina girişinə tuş gəlib.
Xatırladaq ki, daha əvvəl işğal altındakı Donetsk şəhərinə zərbə endirilməsi sonucunda doqquz nəfər ölmüşdü. Hadisədə qondarma region rəhbərliyi Ukraynanı suçlamışdı.
Bundan başqa, Ukraynanın 110-cu ayrı mexanikləşdirilmiş briqadası Avdiivka istiqamətində Su-25 qırıcısını zərərsizləşdirdiyini açıqlayıb.