Belarus bu ölkədəki səfirliyini bağlayır

 

Belarus hakimiyyəti Slovakiyadakı səfirliyini bağlayır.

Ölkə.Az xəbər verir ki, bu barədə fərman milli hüquq portalında yerləşdirilib.

Sənəd sentyabrın 12-də dərc olunacaq və qüvvəyə minəcək. Qətnamənin məzmunu hələlik ictimaiyyətin oxunması üçün əlçatan deyil.

Xatırladaq ki, Belarus və Slovakiya arasında diplomatik əlaqələr 1993-cü il yanvarın 14-də qurulub. 2002-ci ildə Belarus Respublikasının Bratislavadakı Baş Konsulluğu səfirliyə çevrilib.

Günay

 

0.18512487411499