Rusiya Ermənistanda müttəfiqini itirməkdən qorxmur - Kreml

 

Ermənistanın KTMT təlimləri keçirməkdən imtina etməsi və bu təlimləri ABŞ-la keçirmək niyyəti dərin təhlil tələb edən qərarlardır.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Rusiya Ermənistanda müttəfiqini itirməkdən qorxmur, Moskva və İrəvan yaxın qalırlar. Ermənistanın KTMT-dən çıxması ilə bağlı rəsmi siqnallar verilməyib. Amma Kreml bu mövzuda çoxlu müzakirələr görüb. O cümlədən qərbyönlü erməni analitiklər", - deyə o bildirib.

0.1713559627533