Yunanıstanda avtobusla minik avtomobili toqquşub, ölənlər var

 

Yunanıstanın şimalında turist avtobusu avtomobillə toqquşub, ölənlər var.

“Report” xəbər verir ki, bu barədə “Agency France Press” məlumat yayıb.

Hadisə nəticəsində dörd nəfər həlak olub.

Avtobusda ümumilikdə 81 nəfər olub, 23 nəfər xəsarət alıb və yaxınlıqdakı xəstəxanalara aparılıb.

Polis qəzanın səbəblərini araşdırır.

 

0.15006303787231