“Mançester Yunayted” futbol klubu zorakılıq faktını araşdırdığı üçün braziliyalı yarımmüdafiəçi Antonini komanda ilə məşqlərdən qeyri-müəyyən müddətə uzaqlaşdırıb.
“Report”un məlumatına görə, müvafiq açıqlama “Qırmızı şeytanlar”ın rəsmi saytında dərc olunub.
Klubun mətbuat xidməti cənubi amerikalının komandaya qayıtmasının onunla daha sonra müzakirə olunacağını bildirib.
“Klub istənilən zorakılığı qətiyyətlə pisləyir. Biz bu vəziyyətdə iştirak edən hər kəsin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini dərk edirik”-məlumatda vurğulanıb.