Amerikanın qarışıq döyüş növləri üzrə döyüşçüsü Şon Striklend orta çəkidə çempionluq kəməri uğrunda döyüşdə Yeni zelandiyalı İsrael Adesanyaya qalib gəlib.
"Ölkə.az" xəbər verir ki, qarşılaşmanın bütün beş raundunun yekununda Striklend yekdil qərarla mükafatlandırılıb. Döyüş Sidneydə keçirilən UFC-293-ün əsas hadisəsi olub.
Nəticədə titulun əvvəlki sahibi Adesanya kəmərdən məhrum olub, Striklend orta çəkidə yeni UFC çempionu olub. 32 yaşlı döyüşçünün karyerasında 5 məğlubiyyəti, 28 qələbəsi var.