Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirinin blits üzrə yarışında sonucu olub.
36 yaşlı qrossmeyster keçirdiyi doqquz oyunun 2-də qələbə qazanıb, 3-də heç-heçə edib, 4-də isə uduzub.
Beləliklə, T.Rəcəbov ikinci günü 3,5 xalla başa vurub. Bir gün öncə iki xal toplayan millinin üzvü blits turniri 5,5 xalla sonuncu - 10-cu pillədə bitirib.
Qeyd edək ki, T.Rəcəbov daha öncə rapid üzrə mübarizədə 5,5 xalla ikinci olmuşdu. Yarışda həmyerlimizlə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparıb.