Vaxtilə "Beşiktaş"da super istedad kimi göstərilən və gələcəyinə böyük ümid bəslənilən Məhəmməd Dəmirçi 2-ci liqa komandası ilə müqavilə imzalayıb.
Demokratikmusavat.com Türkiyə mediasına istinadla xəbər verir ki, 2-ci Liqa təmsilçisi “İskenderunspor” birinci liqada oynayan “Tuzlaspor”dan Məhəmməd Dəmirçini transfer edib.
Məlumata görə, klub onunla 2+1 illik müqavilə imzalayıb.
Xatırladaq ki, "Beşiktaş"ın bazasında yetişən və bu komandada oynadığı illərdə Məhəmməd Dəmirçi "Barselona" tərəfindən sınaq məşqinə dəvət olunub. Lakin Kataloniya komandası onun transferindən vaz keçib.
Məhəmməd Dəmirçi karyerası ərzində “Beşiktaş”, “Qaziantep BB”, “Muscron”, “İstanbulspor”, “24 Erzincanspor”, “Şanlıurfaspor”, “Sarıyer” və “Tuzlaspor”da çıxış edib