“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.
“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi “Tottenhem”dən Tanquy Ndombeleni icarəyə götürüb. Bu brədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər “Qalatasaray”da çıxış edəcək.
Tərəflər arasında imzalanan müqaviləyə əsasən “Qalatasaray” yayda futbolçunun transfer hüquqlarını ala bilər.