Türkiyə millisinin sabiq futbolçusu Tuncay Şanlının yeni klubu müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, o, Türkiyə 1-ci liqa təmsilçisi “Sakaryaspor”un baş məşqçsi təyin olunub. Bu barədə klubun saytı məlumat yayıb. O, istefaya göndərilən Taner Taşkını əvəzləyib.
Qeyd edək ki, “Sakaryaspor” 1-ci liqada 5 xalla 10-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, T.Şanlı 2021/2022 mövsümündə də “Sakaryaspor”u çalışdırıb.