“Azərenerji” “6 aylıq” şirkətdən 300 minlik bitki alır

 

“Azərenerji” ASC yeni yaradılmış şirkətə 300 min manatlıq tender verib.

Demokratikmusavat.comın Ölkə.az-a istinadən məlumatına görə, “Azərenerji” ASC müxtəlif növ bitkilərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Tenderin qalibi “Flora Garden” MMC olub və qalib təşkilatla 308,973 min manat məbləğində satınalıma müqaviuləsi imzalanıb.

Qeyd edək ki, “Flora Garden” MMC 16.03.2023 tarixində dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Həsənov Emin Salam oğludur. Şirkətin nizamnamə kapitalı 10 manat, hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, məh.2942A, ev 79, m. 17-dir.

Könül
Ölkə.az

 

 

0.15070581436157