Bu gün Misli Premyer Liqasında 5-ci tura 2 oyunla yekun vurulur.
"Araz-Naxçıvan" hazırda səfərdə "Kəpəz"lə üz-üzə gəlir. Fəqət Naxçıvan təmsilçisi Gəncədə dəstəksiz qalıb.
Offsideplus.az-ın məlumatına görə, "qırmızı-ağlar"ın naxçıvanlı fanatları bu görüşdə komandaya dəstək olmaq üçün Gəncə şəhər stadionuna təşrif buyurmayıblar.
Qeyd edək ki, hazırda ikinci hissəsi oynanılan matçda "Araz-Naxçıvan" 2:0 hesabıyla öndədir.
Əlavə edək ki, turun son qarşılaşması olan "Səbail" - "Qarabağ" görüşü saat 19:30-da başlayacaq.