Peşəkar Futbol Liqası (PFL) futzal komandasının 2023/2024 mövsümündə Azərbaycanın Birinci Liqasında iştirak edəcəyinə münasibət bildirib.
Demokratikmusavat.com Report-a istinadən xəbər verir ki, qurumun media və marketinq direktoru Sənan Abdullayev bunun qanunsuz olmadığını bildirib.
O, bunu turnirin AFFA-nın bayrağı altında keçirilməsi və həvəskar status daşıması ilə əlaqələndirib: “Futzal və futbol tam fərqli idman növləridir. Belədə təbii ki, bizim əsasnamədə bununla bağlı hər hansı məqam yoxdur. Ən əsası, futzal üzrə Birinci Liqa həvəskar status daşıyır. Hakimlər Komitəsi AFFA-nın nəzarətindədir. Yəni Peşəkar Futbol Liqasına bağlılıqları yoxdur. Eyni zamanda futzal hakimləri də tam fərqli status daşıyırlar. Hətta vaxtilə futzalda hakimlərdən ibarət “Admiral” komandası da çıxış edib və hər hansı problem yaşanmayıb”.
Qeyd edək ki, iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək futzal üzrə Birinci Liqada mövsümə oktyabrda start veriləcək.