“Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində Sloveniya klubu “Olimpiya” ilə keçirəcəyi cavab oyununu yayımlayacaq telekanal dəyişib.
“Report”un məlumatına görə, əvvəlcə “CBC Sport”la razılaşan Ağdam təmsilçisi sonradan fərqli qərar qəbul edib.
Tamaşaçılar avqustun 31-də baş tutacaq qarşılaşmanı “İdman TV” telekanalı vasitəsilə izləyə biləcəklər. Görüş saat 20:00-da başlayacaq.
Qeyd edək ki, avqustun 24-də Lyublyanada keçirilən ilk oyunun yayım hüququna malik olan “İdman TV” matçı yalnız 69-cu dəqiqədən etibarən canlı təqdim etmişdi. Həmin qarşılaşmada “Qarabağ” 2:0 hesabı ilə qələbə qazanmışdı.