Ukraynalı məşhur peşəkar boksçu Aleksandr Usik britaniyalı Daniel Dubois üzərində qələbə qazanıb və ikinci dəfə Dünya Boks Assosiasiyası (WBA Super), Ümumdünya Boks Təşkilatı (WBO), Beynəlxalq Boks Federasiyası (IBF) və Beynəlxalq Boks Təşkilatının (IBO) ağır çəki dərəcələrində titullarını qoruyub.
Demokratikmusavat.com xəbər verir ki, Polşanın Vroslav şəhərində keçirilən döyüş 36 yaşlı Ukrayna təmsilçisinin 9-cu raundda texniki nokautla qələbəsi ilə yekunlaşıb.
Beşinci raundda Dubois aşağı zərbəyə görə hakimdən xəbərdarlıq alıb, mübarizə bir neçə dəqiqə yarımçıq kəsilib.
Usikin peşəkar rinqdə 21 qələbəsi var (14-ü nokautla), heç bir itki yoxdur.