Azərbaycan milli komandasının sabiq futbolçusu Mahmud Qurbanov Türkiyənin Super Liqasında mübarizə aparan “Samsunspor” klubunda çalışa bilər.
Bu barədə Türkiyəli idman jurnalisti Hakan Bəkiroglu “Demokratikmusavat.com ”a açıqlama verib bildirib. Onun sözlərinə görə, Samsun təmsilçisi Qurbanovun xidmətində maraqlıdır. Onlar Mahmud Qurbanovu məşqçilər korpusunda görmək istəyirlər.
Qeyd edək ki, Mahmud Qurbanov ötən mövsüm “Səbail”in baş məşqçisi olub.