Messini qarabaqara izləyən şəxs kimdir? - VİDEO

 

Hazırda ABŞ-nin “İnter Mayami” klubunda oynayan argentinalı ulduz futbolçu Lionel Messi nəinki yaşıl meydançalardan kənarda, həm də oyun zamanı mühafizə olunur.

Demokratikmusavat.com xəbər verir ki, onun cangüdəni təkcə futbolçunu oyundan sonra baş verə biləcək təhlükələrdən qorumur, həm də oyun zamanı onun hər addımını müşayiət edir.
Stadionun kənarında dayanan mühafizəçisi meydançanın kənarı ilə Meessinin qaçdığı istiqamətə doğru hərəkət edərək onu anbaan izləyir. Hər hansı bir təhlükə hiss etdiyi zaman isə meydana daxil olaraq futbolçunu qoruyur. O, nəinki kənar şəxslərin, hətta rəqib komandanın oyunçularının belə Leoya yaxınlaşmasına imkan vermir.

Həmin anlar sosial şəbəkələrdə paylaşılıb.

Sözügedən videonu təqdim edirik:

Billurə

0.12591910362244