Dünya Kuboku: Azərbaycan şahmatçısı 1/4 final-ın ilk oyununda heç-heçə edib

 

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyununu keçirib.

Demokratikmusavat.com xəbər verir ki, qara fiqurlarla mübarizə aparan 28 yaşlı qrossmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gəlib.

Qarşılaşma heç-heçə ilə başa çatıb - 0,5:0,5. İkinci görüşdə də qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb

 

0.24034786224365