Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artırıb

 

Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün günlük həcmini 4,5 milyon kubmetrdən 7,-7,5 milyon kubmetrə qədər artırıb.

Demokratikmusavat.com ” xəbər verir ki, bunu İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Hales “TASS”a deyib.

“Türkmənistan qazının İran ərazisindən nəqlinə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara görə, biz gündəlik 4,5-5 milyon kubmetr Azərbaycana svop çatdırılması həyata keçiririk.

Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə əsasən indi svop tədarükü 7-7,5 milyon kubmetrə qədər artıb. Serah xəttində svop tədarük potensialı gündəlik 20 milyon kubmetrə qədərdir”-deyə, o bildirib.

Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb.

 

0.145024061203