Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb.
Beş saat davam edən partiyanın yekununda Saleh Salem 54-cü gedişdə təslim olmağa məcbur olub.
1/8 finalda ilk partiya Nicat Abasovun qələbəsi ilə sona çatıb. Şahmatçılar arasında cavab görüşü sabah keçiriləcək.