Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçlarına yekun vurulacaq.
Oxu.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.
Fransanın “Marsel” klubu Yunanıstanda “Panatinaikos”un, İsrail “Makkabi”si (Hayfa) Slovakiyada “Slovan”ın, İsveçrə “Servett”i isə Şotlandiyada “Reyncers”in qonağı olacaq.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi (ilk oyunlar)
9 avqust
22:00. “Panatinaikos” (Yunanıstan) - “Marsel” (Fransa)
22:30. “Slovan” (Slovakiya) - “Makkabi” (Hayfa, İsrail)
22:45. “Reyncers” (Şotlandiya) - “Servett” (İsveçrə)
Oyunların saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd edək ki, bu raundun əvvəlki görüşləri ötən gün oynanılıb. Yunanıstanda AEK və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu arasında keçirilməli oyun yerli azarkeşin öldürülməsinə görə təxirə salınıb.