Azarkeş ölümünə görə təxirə salınan Çempionlar Liqası oyunu nə zaman keçiriləcək?

 

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun Yunanıstan AEK-inə qarşı Çempionlar Liqasının III təsnifat mərhələsi oyununun yeni tarixi açıqlanıb.

Oxu.az xəbər verir ki, UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, azarkeş ölümünə görə təxirə salınan qarşılaşma avqustun 18-i və ya 19-da Afinada təşkil olunacaq.

Digər görüş isə əvvəldən planlaşdırıldığı kimi, avqustun 15-də Zaqrebdə keçiriləcək. Hər iki görüşün azarkeşsiz təşkil ediləcəyi bildirilir.

Qeyd edək ki, bu gün keçirilməli olan AEK - “Dinamo” oyunundan öncə azarkeşlər arasında kütləvi davada Yunanıstan klubunun azarkeşlərindən biri ölüb və qarşılaşma təxirə salınıb.

 

0.21828818321228