Azərbaycanın 19 yaşadək futzalçılardan ibarət yığması Belarusun paytaxtı Minskdə təşkil olunan II MDB oyunlarında ilk oyununu keçirib.
Demokratikmusavat.com xəbər verir ki, milli komanda ev sahibləri ilə qarşılaşıb. Görüş rəqibin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 7:1.
U-19-un heyətində yeganə qolu Qüdrət Qasımzadə vurub.
Qeyd edək ki, Azərbaycan millisinin növbəti matçı avqustun 8-də Qırğızıstana qarşı olacaq.