Bu gün UEFA Avropa Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Demokratikmusavat.com xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Qəbələ” və “Neftçi” mübarizəyə başlayacaqlar.
“Qırmızı-qaralar” öz meydanında Kipr “Omoniya”sını qəbul edəcəklər. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.
“Neftçi” isə turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxacaq. “Ağ-qaralar” “Jelezniçar”ın qonağı olacaqlar. “Qrbavitsa” stadionundakı oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
Komandalar arasında cavab oyunları avqustun 3-də keçiriləcək.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
27 iyul
20:00. “Qəbələ” (Azərbaycan) - “Omoniya” (Kipr)
Baş hakim: Andrey Çivulete (Rumıniya)
Qəbələ şəhər stadionu
23:00. “Jelezniçar” (Bosniya və Herseqovina) - “Neftçi” (Azərbaycan)
Baş hakim: Yuri Frişer (Estoniya)
Sarayevo, “Qrbavitsa” stadionu
Qeyd edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Sabah” ötən gün Latviyada RFŞ-ə iki cavabsız qolla qalib gəlib.