UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.
Türkiyə çempionu “Qalatasaray” Litvada “Jalgiris”lə məhsuldar heç-heçə edib - 2:2.
Hesabı 48-ci dəqiqədə meydan sahiblərindən Matias Oyevusi açıb. 75-ci dəqiqədə İstanbul təmsilçisinin müdafiəçisi Abdülkerim Bardakcı tarazlığı bərpa edib. Cəmi 3 dəqiqə sonra Halil Dervişoğlu qonaqları hesabda önə keçirib. Son nöqtəni isə 90+2-ci dəqiqədə Donatas Kazlauskas qoyub.
Digər oyunda isə HİK Finlandiyada Norveç “Molde”sini minimal hesabla məğlub edib. Yeganə qolu 25-ci dəqiqədə Topi Keskinyen vurub.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar
25 iyul
20:00. “Jalgiris” (Litva) - “Qalatasaray” (Türkiyə) - 2:2
Qollar: Matias Oyevusi, 48. Donatas Kazlauskas, 90+2 - Abdülkerim Bardakcı, 75. Halil Dervişoğlu, 78
Qırmızı vərəqə: Donatas Kazlauskas (“Jalgiris”), 90+2
20:00. HİK (Finlandiya) - “Molde” (Norveç) - 1:0
Qol: Topi Keskinyen, 25