“Neftçi”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
Demokratikmusavat.com xəbər verir ki, “ağ-qaralar” bu raundda Bosniya və Herseqovinanın “Jelezniçar” klubu ilə üz-üzə gələcək.
Komanda I təsnifat mərhələsinin cavab görüşündə Belarus təmsilçisi “Minsk”i yenib - 2:1. Qarşılaşma UEFA-nın qərarına əsasən Bakıda “Azersun Arena”da gerçəkləşib. Tərəflər arasındakı ilk görüş heç-heçə yekunlaşmışdı - 2:2.
Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsindəki ilk matçını iyulun 27-də səfərdə, cavab görüşünü isə avqustun 3-də evdə keçirəcək.