“Sabah” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Belçikanın “Mexelen” klubunun müdafiəçisi Sendi Uolşun xidmətində maraqlıdır. “Futuristlər” həm futbolçunun özü, həm də klubla təmaslara başlayıb. Ancaq maliyyə məsələlərində hələlik anlaşma yoxdur.
“Anderlext”in yetirməsi olan Uolş Niderland millisinin U-15, U-16, U-17, U-18, U-19 U-20 millilərində çıxış edib. O, U-17-nin heyətində 2012-ci ildə Avropa çempionatının qalibi olub. 2014-cü ildən isə İndoneziya millisinin formasını geyinir.
28 yaşlı sağ cinah müdafiəçisi “Anderlext”dən öncə Belçikada “Genk” və “Zulte Vareqem”in də formasını geyinib. O, müdafiənin mərkəzində də oynamağı bacarır. Məşhur “Transfermarkt” portalına görə futbolçunun hazırkı bazar dəyəri iki milyon avrodur.