Mask ABŞ-ın Ukraynaya bu silahları verməsini ikiüzlülük adlandırdı

 

Amerikalı Milyarder İlon Mask sosial media hesabındakı paylaşımında ABŞ-dan Ukraynaya kasetli mərmilərinin tədarükü ilə bağlı yazıb. Demokratikmusavat.com bu barədə "lenta.ru"ya istinadla xəbər verir

Mask qeyd edib ki, bu qərar mənfi nəticələrlə müşayiət olunacaq. O vurğulayıb ki, ABŞ döyüşdə kasetlı bombalardan istifadə edən hər kəsi “həmişə qınayıb”.

"Tale istehzanı sevir, amma ikiüzlülüyə nifrət edir" - deyə o yazıb.

 ABŞ rəsmiləri və analitikləri kasetli sursatların Ukrayna Silahlı Qüvvələri (USQ) üçün faydalarını şübhə altına alıblar. Onların fikrincə, Kiyev yetərincə çox mərmi alarsa, Ukrayna qoşunları daha effektiv hərəkət edəcək.

Elvin

Demokratikmusavat.com

0.17967295646667