Səudiyyə Ərəbistanında uzun illərdən sonra moda həftəsi keçiriıib 

 

Səudiyyə Ərəbistanında uzun illər sonra bir ilk yaşanıb.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, ölkə tarixində ilk dəfə çimərlik geyimi ilə moda həftəsi keçirilib.

Modellər səhnəyə çıxaraq çimərlik geyimlərini nümayiş etdirərək pozalar veriblər.

Moda nümayişi Qırmızı Dəniz Moda Həftəsinin ikinci günündə Səudiyyə Ərəbistanının qərb sahilində yerləşən "St Regis Red Sea Resort"da baş tutub.

2017-ci ildə taxt-taca birinci olan şahzadə Məhəmməd bin Salman ölkənin sərt imicini yumşaltmaq üçün bir sıra radikal sosial islahatlara start verib. Dəyişikliklərə ictimai yerlərdə namaz qılmaq üçün kişiləri təqib edən çubuqlu dini polislərin işdən çıxarılması, kinoteatrların yenidən açılması və qarışıq musiqi festivallarının təşkili daxildir.

"Vision 2030" Səudiyyə Ərəbistanının iqtisadi və sosial strukturunu dəyişdirməyi hədəfləyən islahat proqramı kimi diqqəti cəlb edir.

 

 

 

0.21800684928894