Dünyadakı rekord istilərin əsas səbəbləri açıqlandı

 

Son zamanlar həm Türkiyə, həm də Avropa həddindən artıq isti günlər yaşayır. 

Demokratikmusavat.com “milliyet”ə istinadla xəbər verir ki, bir çox ölkədə termometrlərin 40 dərəcədən yuxarı temperatur göstərdiyi bir vaxtda BBC hadisənin səbəbinin təhlil edib.

Dünyanın bir çox yerlərində həddindən artıq isti dalğaları, ölümcül daşqınlar və meşə yanğınları yaşanır. Alimlər bu cür ekstremal hava hadisələrinin səbəbini iqlim dəyişikliyində görür.

Alimlər sənaye inqilabından sonra intensiv şəkildə istifadə olunmağa başlayan qalıq yanacaqların səbəb olduğu karbon emissiyaları səbəbindən temperaturun 1,1 dərəcə artdığını bildirirlər.

İqlim dəyişikliyinin təsiri ilə isti dalğalarının baş vermə ehtimalı 10 dəfə artıb.

London İmperial Kollecinin iqlim eksperti professor Frederik Ottonun sözlərinə görə, bir gün bu temperaturlar bir gün bizə sərin gələ bilər.

Mütəxəssislər bildirirlər ki, son 50 ildə istilik dalğalarının müddəti demək olar ki, iki dəfə artıb və bu müddət hər il artır.
İstilik dalğalarının güclənməsinə səbəb olan başqa bir amil istilik qübbəsidir. Yüksək təzyiqli ərazilərdə isti hava aşağıya doğru sıxılır və bir nöqtədə cəmlənir. Belə olan halda bütün qitədə havanın temperaturu qəfil arta bilər.

Atmosferin yuxarı qatında dar külək zolaqları adlanan reaktiv küləklərin gedişi fırtına ilə pozulduqda havadakı bütün hərəkətlər yavaşlayır. Bu halda, hava sistemləri tək bir ərazidə ilişib qala bilər və istilik dalğaları daha uzun müddət davam edə bilər.

İstilik dalğaları gücləndikcə və uzandıqca quraqlıqlar arta bilər. Bunun səbəblərindən biri istilik dalğalarının baş verdiyi dövrlər arasında yağıntının az olmasıdır. Torpaq quruduqca, istilik daha sürətli yüksəlir və temperatur da artır. Əkinçilik və heyvandarlıq kimi fəaliyyətlər də dünyada su təchizatına təzyiqin artmasına səbəb olur.

İqlim dəyişikliyi nəticəsində yaranan intensiv və uzunmüddətli istilik dalğaları zamanı yerdən və bitki örtüyündən atmosferə daha çox nəm qalxır. Yer quruyanda meşə yanğınlarına səbəb ola biləcək təbii yanacaq yaranır.

Normal hava dövrlərində isti hava atmosferdə rütubət, su buxarı və yağıntı yaradır. Lakin temperatur kondensasiya olunduqca atmosferdəki buxar da artır. Ona görə də yağışlar güclənir.

ABŞ Milli Elmlər Akademiyasının su eksperti Peter Qleykin sözlərinə görə, quraqlıq əraziləri artdıqca, həmin ərazilərdən çəkilən buxar başqa yerə daha çox yağıntı şəklində düşür, və bu da daşqınları artırır.

Mütəxəssislər bildirirlər ki, dünyada hava şəraiti həmişə dəyişkəndir, lakin bu dəyişikliklər iqlim böhranının təsirləri ilə daha da güclənir.

Billurə

 

0.25483107566833