Bu ölkələr 2024-cü il Olimpiadasına dəvət olunmayacaq

 

Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarusa 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya dəvət göndərməyəcək.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.Ümumilikdə qurum Milli Olimpiya Komitələrinə 203 dəvət göndərəcək.

“Analoji qərar Ukraynadakı münaqişə ilə əlaqədar BOK-un Rusiya və Belarus idmanına tətbiq etdiyi sanksiyalarla bağlı verilib. Həmçinin, BOK 2022-ci ilin sentyabrından dayandırılmış Qvatemala MOK-a Olimpiadaya dəvət göndərməyəcək”, - məlumatda qeyd olunub.

BOK Rusiya və Belarus idmançıları ilə bağlı yekun qərarın daha sonra veriləcəyini bildirib.

0.16569304466248