Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur - XİN sözçüsü

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın paylaşımına cavab verib.

Demokratikmusavat.com xəbər verir ki, XİN sözçüsü qeyd edib ki, Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur.

"Təəssüf ki, Ermənistan rəsmilərinin ikiüzlülüyünün həddi-hüdudu yoxdur! Əks halda, niyə bir ölkə raket hücumları və Azərbaycana qarşı təcavüzü nəticəsində 12 uşaq da daxil olmaqla, onlarla günahsız uşağı qətlə yetirərkən (digər tərəfdən) uşaq ölümlərindən məkrli siyasəti üçün sui-istifadə etsin?",- Ayxan Hacızadə qeyd edib.

0.15371894836426