Ermənistanın atıcılıq komandası Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcək.
Demokratikmusavat.com xəbər verir ki, bunu Ermənistan millisinin baş məşqçisi Seyran Nikoqosyan “Armenpress”ə müsahibəsində deyib.
“Dünya çempionatına gedəcəyik, bununla Olimpiya Oyunları üçün qiymətləndirmə olacaq. Bu hadisə qaçırılmamalıdır. Bir sıra məktublar yazdıq və cavab aldıq ki, bizim üçün hər şey təmin olunacaq, heç bir problem olmayacaq”, - o bildirib.