“Mançester Siti”nin müdafiəçisi Kayl Uoker karyerasını “Bavariya”da davam etdirə bilər.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Sky Sport”un jurnalisti Florian Plettenberq məlumat verib.
Mənbənin məlumatına görə, klublar İngiltərə millisinin müdafiəçisinin transferi ilə bağlı razılığa gəliblər. Müqavilənin müddəti və əmək haqqı artıq razılaşdırılıb. İndi “Bavariya” yalnız müdafiəçinin transferə razılığını gözləyir.
Uokerin transferi “Bavariya”ya bonuslar istisna olmaqla 15 milyon avroya başa gələ bilər.
Uoker ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib. Futbolçunun “şəhərlilər”lə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.(Publika.az)