Ferstappen “Formula-1”də ardıcıl beşinci dəfə təsnifat mərhələsinin qalibi olub

 

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen “Formula-1” üzrə mövsümün onuncu mərhələsinin - Britaniya Qran-prisinin  qalibi olub.

“McLaren” komandasından britaniyalı Lando Norris ikinci, onun avstraliyalı komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.

Bu, cari çempionun mövsümdə ardıcıl beşinci, ümumilikdə isə yeddinci pole vəziyyətidir.

Britaniya Qran-prisi iyulun 9-da, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Ferstappen bu mövsüm 229 xalla fərdi turnir cədvəlində birinci yerdədir. İkinci yerdə hollandiyalının komanda yoldaşı Serxio Peres (148), üçüncü yerdə “Aston Martin”dən ispan Fernando Alonso (131) qərarlaşıb.

0.25786709785461