Paralel.az " xəbər verir ki, Gürcüst ..."> Paralel.az " xəbər verir ki, Gürcüst ...">

İngiltərə millisi Avropa çempionu olub

 

21 yaşadək futbolçular arasında Avropa çempionatının qalibi bəlli olub.

Demokratikmusavat.com xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən çempionatın həlledici matçında İngiltərə və İspaniya gəncləri üz-üzə gəliblər.

Görüş birincilərin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu qarşılaşmanın ilk hissəsinə əlavə olunmuş 4-cü dəqiqədə Kurtis Cons vurub.

Qarşılaşmaya əlavə olunmuş 8-ci dəqiqədə ispaniyalı Abel Ruiz penalti zərbəsini qola çevirə bilməyib.

Bununla da İngiltərə milli komandası turnir ərzində qol buraxmadan çempionluq sevinci yaşayıb.

0.22550988197327