Azərbaycanın yeniyetmə güləşçisi Avropa çempionatında tarixi medal qazandı

 

Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında gümüş medal qazanıb.

Oxu.Az-ın məlumatına görə, 46 kq-da çıxış edən idmançı finalda yerli Mariya Jitovoza 0:7 hesabı ilə uduzub və qitə ikincisi olub.
Bununla da Məmmədli qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.

0.19932889938354