Makron Putinə görə Azərbaycanı zəhərləyir – Gürcü nəşrindən şok

 

“Cənubi Qafqazda, xüsusən də Qarabağda rusiyayönümlü separatizmi açıq şəkildə dəstəkləyən Fransa prezidenti Emmanuel Makron Kremlin Qərbdəki son müttəfiqlərindən biri olaraq qalır”.

Demokratikmusavat.com xəbər verir ki, Gürcüstanın aparıcı onlayn medialarından biri olan “Prime Time” qeyd edir.

“Fransa və Rusiya liderləri Qafqazda münaqişənin genişlənməsinə töhfə verir və öz hərəkətlərini vasitəçi ritorika ilə ört-basdır edirlər... Fransanın xarici siyasətini Kreml diktə edir”, - nəşr qeyd edir.

Məqalədə qeyd olunur ki, fransızların Rusiyadan enerji və iqtisadi asılılığı onları Ukraynaya qarşı təcavüzü dəstəkləməyə və eyni zamanda Putini razı salmaq üçün Azərbaycanı zəhərləməyə məcbur edir.

0.15730690956116