Mübarizəmiz sonadək davam edəcək - Qubad İbadoğlu

 

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının dövlət qeydiyyatına alınmasına dair müraciətini Ədliyyə Nazirliyi son 2 ildə 6 dəfə qanunsuz olaraq geri qaytarıb. ADR Partiyası bununla əlaqədar olaraq ikinci dəfədir ki, məhkəmələrə üz tutur.
ADR Partiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı "siyasi partiyanın dövlət qeydiyyatına alınması" tələbinə dair iş üzrə iddia ərizəsinə sabah, iyulun 3-də saat 16-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq. ADR-çilərdən və demokratiyanı, qanunun aliliyini müdafiə edən hər kəsdən bu məlumatı ictimailəşdirməyi xahiş edirəm.
Məhkəmənin gedişi və qərarı (əgər 3 iyulda yekun qərar verilərsə) barədə əlavə məlumat veriləcək. Öncədən deyək ki, Azərbaycan məhkəmələrindən qanuna hörmət və onun aliliyini təmin etmək sahəsində gözləntimiz yoxdur. Sadəcə bu işin perspektivini Avropa İnsan Haqları Məhkəməsində (AİHM) görürük. Odur ki, yerli məhkəmələrdə işə baxılması zəruridir. Lakin son zamanlar məhkəmələr ötür-ötür oyunu ilə bu prosesi də ləngidirlər. Məqsəd AİHM-ə Azərbaycandan şikayətlərin sayını azaltmaqdır.
Mübarizəmiz sonadək davam edəcək. Heç bir enerji itmir, heç bir mübarizə nəticəsiz qalmır.

"Demokratikmusavat.com"

0.12656188011169