Paralel.az " xəb ..."> Paralel.az " xəb ...">

Yoxlama oyunu: "Qarabağ" Polşa klubuna uduzub

 

Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" növbəti yoxlama oyununu keçirib.

Demokratikmusavat.com xəbər verir ki, "köhlən atlar" ikinci sınağında Polşa "Legiya"sı ilə qarşılaşıb. "Kössen Arena"da oynanılan görüş "köhlən atlar"ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Varşava təmsilçisindən qolları 74-cü dəqiqədə Mark Qual və 80-ci dəqiqədə Yurgen Elitim Sepulveda vurublar.

Ağdam klubu Avstriyadakı ilk matçında Macarıstan "Ferentsvaroş"u ilə 3:3 hesablı heç-heçə edib.

Yoxlama oyunu
1 iyul

20:00. "Qarabağ" (Azərbaycan) - "Legiya" (Polşa) - 0:2
Qollar: Mark Qual, 74. Yurgen Elitim Sepulveda, 80
Avstriya, "Kössen Arena".

Qeyd edək ki, "Qarabağ"ın üçüncü rəqibinin adı hələlik bəlli deyil.

0.41759514808655