Paralel.az " xəb ..."> Paralel.az " xəb ...">

Çexiyadan rusiyalı idmançılara QADAĞA

 

Çexiya hökuməti öz ərazisində rusiyalı idmançıların yarışlarda iştirakına qadağa qoyub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Sport.cz Nazirlər Kabinetinə istinadən məlumat verib.

Təşəbbüs Çex Respublikasının Təhsil Nazirliyindən gəlib. Qeyd olunur ki, çexiyalı idmançılara da Rusiya ərazisində yarışlarda iştirak etmək qadağandır.

Xatırladaq ki, 2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə etmişdi.

0.20048785209656