Qum firtınası 2000-ə yaxın insanı xəstəxanalıq etdi - ölənlər var

 

İranın Sistan-Bəlucistan əyalətində son 6 gündə qum fırtınaları  nəticəsində 1191 nəfər  xəstəxanaya yerləşdirilib və onlardan 1 nəfəri ölüb.

Demokratikmusavat.com ”  İRNA-ya istinadən xəbər verir ki,  bu barədə Sistan-Bəlucistan Böhran İdarəetmə İdarəsinin baş direktoru Məcid Mohibbi məlumat verib. 

Onun sözlərinə görə,  zərərçəkənlər əyalətin Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərindəndir.

Mohibbi bildirib ki, qum fırtınasından əziyyət çəkənlər əsasən göz, tənəffüs və ürək xəstəlikləri olan insanlardır. Səlahiyyətlilər ürək və tənəffüs xəstəlikləri olanları çölə çıxmamağa çağırıb.

Mürtəza
Demokratikmusavat.com

0.13573789596558