Polşada keçirilən III Avropa Oyunlarının doqquzuncu günündən sonra Azərbaycanın aktivindəki medalların sayı dəyişməyib.
Demokratikmusavat.com xəbər verir ki, ölkə iki qızıl, bir gümüş və beş bürünc medalla ümumi sıralamada 24-cü sıradakı yerini qoruyub.
İlk “üçlük”də isə dəyişiklik olub. Medal əyarına görə sıralamaya əvvəlki kimi İtaliya (21 qızıl, 21 gümüş, 26 bürünc) başçılıq edir. Ukrayna (19 qızıl, 10 gümüş, 7 bürünc) ikinci pilləyə yüksəlib, İspaniya (18 qızıl, 12 gümüş, 14 bürünc) isə üçüncü yerə düşüb.
İndiyədək ümumilikdə 41 ölkə medal qazana bilib. Onlardan 33-ü çempionluq sevinci yaşaya bilib.