“Karyeramdakı ən yaxşı şey Messi ilə oynamaq olub”

 

Argentina millisinin üzvü Anxel Di Maria millidəki komanda yoldaşı Lionel Messi haqqında danışıb.

Demokratikmusavat.com ” xəbər verir ki, yarımmüdafiəçi 35 yaşlı hücumçunu tərifləyib: 

“Cırtdan (komanda yoldaşları bəzən Messini “cırtdan” adlandırır. Bu ləqəb “Barselona”nın gənclər komandasında yaranıb – red.) sakit olanda bilirsən ki, hər şey yaxşı olacaq. O, tarixin ən yaxşısıdır. Messi istənilən problemi həll edir.

Karyeramda baş verən ən yaxşı şey onunla, millidə və klubda oynamaq oldu. Messi ilə bir il keçirdim, birlikdə məşq etdim, hər gün görüşdüm. Bu, mənim başıma gələ biləcək ən yaxşı şey idi”.

Qeyd edək ki, Di Mariya 2015-2022-ci illərdə PSJ-də oynayıb. O, 2008-ci ildən Argentina yığmasının üzvüdür. Messi isə 2021-2023-cü illərdə PSJ-nin formasını geyinib, 2005-ci ildən yığmada çıxış edir.

0.27228116989136