Avropa Oyunları: Azərbaycan qılıncoynadanları Macarıstan yığmasına məğlub olublar

 

Azərbaycanın kişilərdən ibarət qılıncoynatma yığması Polşada keçirilən III Avropa Oyunlarında məğlub olub.

Demokratikmusavat.com xəbər verir ki, yığma sablya növü üzrə 1/8 final mərhələsində Macarıstan seçməsi ilə qarşılaşıb.

Saleh Məmmədov, Murad Əkbərov və Maqsud Hüseynlidən ibarət komanda rəqibinə 25:45 hesabı ilə məğlub olaraq, medal şansını əldən verib. Sablyaçılar 9-16-cı yerlər uğrunda yarışacaqlar.

Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.

0.25981187820435